İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün fotosu: “Bir də bu “KamAZ”-a minmiyəjəm” – Mirzoyan

4331 24.10.2023 10:38 Foto fakt A A

Günün fotosu budur, dünən Tehranda çəkilib.

Kameranın obyektivinə tuş gəlmiş bu beş nəfərin beşi də nazirdir: öndəki Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, ondan arxadakıkar Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov və onun türkiyəli həmkarı Hakan Fidan, lap arxa plandakılar isə İranın xarici siyasət idarəsinin rəhbəri Hüseyn Əmir Abdullahiyan və onun rusiyalı həmkarı, ölkəmizdə, eləcə də dünyada hər kəsin tanıdığı Sergey Lavrov.

Onlar 3+3 formatlı regional sammitdə bölgənin əsas problemlərinin müzakirəsindən çıxırlar. Şəkildə yalnız Gürcüstanın təmsilçisi yoxdur, o da olsa, 3+3 formatı dolğun olardı. İndilikdə isə format təxminən belə görünür: 1-2-2.

Mirzoyanın sifətində açıq-aşkar “bir də bu “KamAZ”-a minmiyəjəm” ifadəsi var. Belə görünür ki, o, bu sammitdə candərdi iştirak edib və müzakirələrdən narazı qalıb.

aa7e45f7-630d-43a0-b99e-de84026a4a5b.jpg (290 KB)

Azərbaycanın təmsilçisi Bayramovun da müzakirələrdən məmnun qalmadığı hiss olunur, onun bədən dili sanki belə deyir: “İndi biz bura nəyə gəlmişdik?” Hakan Fidanın ehtimal olunan cavabı belədir: “Maaləsəf... mən də belə alınacağını gözləmirdim”.

Lavrovla Abdullahiyanın üzündəki rahatlıqdan isə bunları oxumaq olar: “Bu məsələ bitib ey. Bunlar daha savaşan deyillər"; "Bəli, əsas məsələ sizin Ukraynada, bizim Qəzzada gedən müharibədir”; “Xarici müdaxilələr olmasa, onları da həll etmək olar”; “Rəislərin görüşünü nə vaxt təşkil edək, çoxdandır görüşmürlər".

Bunlar bu şəkildən yağan təəssüratlardır. Yəqin ki, içəridə çox ciddi müzakirələr olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR