İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün fotosu – ikisi bir boyda gəzən... nazirlər

3022 12.01.2024 12:44 Foto fakt A A

Günün fotosu budur. Özü də bütün dünyada. Hazırda bütün Avropa (eləcə də o biri qitələr) bu, ikisi bir boyda olan gənc nazirlərdən danışır.

Bunlardan biri Fransanın yeni baş naziri Qabriel Attal, o biri isə onun evinin dirəyi, əri Stefan Sejurndur. Bu gün Attal öz ömür-gün yoldaşını ölkənin xarici işlər naziri təyin edib.

Beləliklə, Fransada 3 böyük dövlət vəzifəsinin (prezident, baş nazir və xarici işlər naziri) ikisini homoseksualistlər tutur.

Ancaq keçən il bu vaxt az qala prezident Emmanuel Makronun da adına söz çıxacaqdı. O zaman futbol üzrə mundialın finalında Argentina millisinə uduzan Fransa millisinin lideri Kilian Mbappeyə yaxınlaşan Makron ona aşırı canıyananlıqla təsəlli verəndə afrikalı forvard o boyda prezidentin onu sığallamasına bir az sərt reaksiya ("bir az aralı dur dəə" kimi) vermişdi və bu görüntülər dünya mediasında tirajlanmışdı. Bəzi fransız nəşrlər eyham vurmağa başlamışdılar ki, deyəsən, müsyö prezident o söz...

Yaxşı ki, sonradan bu məsələnin üstünə gedən çox olmadı, yoxsa Fransa adına biabırçılıq olacaqdı. İndi onun iki geyin birinin baş nazir, o birinin XİN başçısı olmasına rüsxət verməsi yenə şübhələri artırır.

Axundovun məşhur komediyasındakı qarabağlı Hatəmxan ağa və fransalı botanik müsyö Jordanın məşhur dialoqu bu gün baş tutsaydı, yəqin ki, belə olardı: “Jordan ağa, bizdə hacı olub məşuqə saxlamaq dəbdir, sizdə isə kişinin kişiyə ərə getməsi”. O da tərcüməçi vasitəsilə bu cümləni anlayar, qəhqəhə çəkib gülərdi. Bəlkə də gülməzdi, deyərdi, burda nə var ki, ağa, no problem, normal şeydir.

Ancaq bu söz-söhbətin dünya mediasında bu qədər tirajlanması göstərir ki, bu, normal bir şey deyil, sıradışı şeydir. Normal olsa, bu söhbətin üstünə getməzdilər.

O vaxt Silvio Berluskoni və Mixail Saakaşvili öz gənc məşuqələrini nazir vəzifəsinə təyin edəndə yazıqları dilə-dişə salmışdılar. Halbuki onlar, necə deyərlər, heteroseksual maço idilər, Fransanın başbilənləri isə başqa türdəndir.

İndi bu ikili əl-ələ verərək Fransanı irəli aparacaqlar.

Ən pisi odur ki, başqa ölkələrin liderləri beynəlxalq sammitlərdə bilməyəcəklər Attala “madam”, Sejurna “müsyö” desinlər, yoxsa əksinə. Ya da ikisinə də həm “madam”, həm “müsyö” deyəcəklər? Naqolay durum yaranacaq.

Tərs kimi, ailənin daxili işini soruşmaq da düzgün deyil. Avropada bu, tərbiyəsizlik sayılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR