İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün fotosu: Müddətdən artıq xiffət edənlərin keçişi

3725 14.09.2023 13:05 Foto fakt A A

Bura Laçın sərhəd-keçid məntəqəsidir. Boy-boya, iki sırada növbəyə duranlar erməni gənclərdir.

“Erməni gənclər” deyəndə bəlkə inandırıcı çıxmır, çünki sırada gənclik yaşını adlamış adamlar var. Təhər-tövrlərindən buaradan ssərbəst, maneəsiz keçdikləri günlərin nostaljisini yaşayan adamlara oxşayırlar. Ona görə də onlara müddət artıq xiffət edənlər deyək.

Belə qələmə verilir ki, bu şəxslər İrəvandakı universitetlərdə təhsil alan tələbələrdir. Bu da inandırıcı görünmür – çoxunda tələbə sifəti yoxdur. Tələbələr 18-22 yaş arasında olur. Bunlar tələbədirlərsə, ya hərəyə 3-4 il kursda qalıblar, ya da qiyabi şöbələrdə oxuyurlar.

Hər necə olsa da, bu şəxslər Qarabağı tərk edirlər. Bir daha gələcəklərmi, dönəcəklərmi, bilinmir. Çünki qayıdanbaş da buradan keçməlidirlər və Xankəndidə, ətraf rayonlarda qeydiyyatları yoxdursa, Azərbaycana buraxılmayacaqlar.

99977.JPG (77 KB)

Belə bir versiya da var ki, bunlar əslində Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrin müddətdən artıq xidmət edən əsgərləridir və silahı yerə qoyub İrəvana gedirlər. Məqsədləri isə guya ki, İrəvanda Paşinyana problem yaratmaq, daha dəqiqi, onu devirməkdir.

Bu, doğru da ola bilər, dezinformasiya da. Fərqi yoxdur. Əsas odur ki, bu şəxslər gedirlər və növbədə quzu kimi durublar.

Bir zamanlar özlərini Qarabağın ağası sayan, yeyib-içib şellənən, kefiköklükdən atəşkəs rejimini pozan, arada qızışıb “ara, istəsək basıb gedərik Bakıya” deyən adamların bu cür məlul-müşkül şəkildə növbəyə durmaları, pasportlarına Azərbaycan dövlətinin möhürünün vurulmasını gözləmələri çox ibrətamizdir.

Ölmədilər, bu günü də gördülər. Onlar da. Biz də.

A.Altaylı, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR