İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda azərbaycanlı qızın qətlinin tükürpədici TƏFƏRRÜATI

1073 01.07.2026 13:25 Kriminal A A

Gürcüstanda Azərbaycan vətəndaşı olan gənc qızın qətlə yetirildiyi bildirilir.

Musavat.com xəbər verir ki, bu barədə Gürcüstanda məişət zorakılığı qurbanlarına hüquqi yardım göstərən "Sapari" təşkilatının rəhbəri Baia Pataraia sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, bir neçə gün əvvəl rusiyalı influenser ondan azərbaycanlı gənc qızın qətli ilə bağlı hadisəni araşdırmasını və ictimaiyyətin diqqətinə çatdırmasını xahiş edib. Pataraia iddia edir ki, valideynlərini itirmiş azərbaycanlı qız sevgilisinin "Gürcüstanda birlikdə yaşayacaq və işləmək" vədinə inanaraq bu ölkəyə gəlib.

Baia Pataraia, the lawyer and women's rights defender who redefines the  future for Georgia | UN Women – Europe and Central Asia

Lakin vəd edilən iş olmayıb. Maddi çətinlik yaranandan sonra sevgilisi əvvəlcə qızın telefonunu lombarda qoyub, daha sonra onu döyərək küçədə tək buraxıb və özü Azərbaycana qayıdıb. Bildirilib ki, köməksiz vəziyyətdə qalan qıza erməni qadın sığınacaq verib və onun qohumları ilə əlaqə saxlamasına kömək edib. Bir müddət sonra qızın qohumlarından biri Gürcüstana gələrək onu kirayə mənzilə yerləşdirib. Məlumata görə, qız bir neçə gün sonra yoxa çıxıb. Azərbaycanda yaşayan bacısı onunla iki gün əlaqə saxlaya bilmədikdən sonra həmin qadından mənzilə baş çəkməsini istəyib. Qapını heç kimin açmamasından sonra polis çağırılıb.

Hüquq-mühafizə orqanları qapını sındıraraq mənzilə daxil olub və gənc qızın meyitini aşkar ediblər. Pataraianın sözlərinə görə, cinayəti törətməkdə şübhəli bilinən şəxs Türkiyəyə qaçıb və onun barəsində axtarış elan olunub. "Sapari" təşkilatının rəhbəri bildirib ki, vəkillər artıq Gürcüstan Prokurorluğuna müraciət edərək öldürülən qızın bacısının maraqlarını təmsil etmək və cinayət işinə qoşulmaq üçün müraciət ediblər. Bununla bağlı qərarı prokurorluq verəcək. Pataraia əlavə edib ki, rusiyalı influenser hadisənin cəzasız qalacağından narahatdır. Onun iddiasına görə, Azərbaycanda bəzi şəxslər bu hadisəni "namus cinayəti" kimi qiymətləndirir və qızı günahlandırmağa çalışırlar. Çünki həmin qızı bundan əvvəl qohumları başqa bir oğlana nişanlayıblarmış. Bloqer hesab edir ki, işin obyektiv araşdırılması və qatilin cəzalandırılması üçün hadisə beynəlxalq ictimaiyyətin diqqətində saxlanılmalıdır.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR