İnsanlara hürriyət, millətlərə istiqlal!

"Halef"də daha bir aktrisa - FOTO

3096 14.11.2025 13:00 Şou-biznes A A

NOW ekranlarında yayımlanan, "Most Production" imzası daşıyan "Halef: Köklerin Çağrısı" serialında diqqətçəkən yenilik baş verib.

Musavat.com xəbər verir ki, serialın heyətinə tanınmış aktrisa İlayda Çevik daxil olub. Ulduz aktrisa ekran işində "Hicran" adlı yeni obrazı canlandıracaq.

Məlumata görə, "Hicran" keçmişindən qaçaraq Urfaya sığınan və burada həm öz hekayəsi, həm də şəhərin reallıqları ilə üzləşən gənc bir qadındır. Onun Urfaya gəlişi Kordağlılar və Yelduranlar arasında illərdir davam edən gizli hesablaşmaları yenidən gündəmə gətirəcək. Beləliklə, yeni obraz iki ailənin taleyinə birbaşa təsir edərək serialda güc balansını dəyişəcək.

Layihənin prodüseri Gül Oğuz, rejissoru isə Deniz Çelebi Dikilitaşdır.

İlayda Çevik bundan əvvəl "Karagül", "Bir Zamanlar Çukurova", "Sen Çal Kapımı" və "İyilik" kimi məşhur seriallardakı rolları ilə tanınıb.

Könül
Musavat.com 

çvik.jpg (125 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR