İnsanlara hürriyət, millətlərə istiqlal!

Haluk Leventin konsertində qan töküldü

827 08.11.2025 04:07 Şou-biznes A A

Mersinin Tarsus rayonunda keçirilən 4-cü Beynəlxalq Tarsus Festivalı çərçivəsində müğənni Haluk Leventin konseri zamanı dava baş verib. Hadisə zamanı bir nəfər bıçaqla yaralanaraq xəstəxanaya aparılıb.

Milli.Az xəbər verir ki, konsert zamanı iki qrup arasında mübahisə yaranıb və mübahisə tezliklə davaya çevrilib. Dava zamanı 34 yaşlı U.İ. adlı şəxs bıçaqla ayağından yaralanıb. Yaralı təcili tibbi yardım tərəfindən Tarsus Dövlət Xəstəxanasına çatdırılıb.

Hadisədən sonra şübhəli şəxs hadisə yerindən qaçıb. Polis, həmin şəxsin saxlanılması üçün əməliyyat-axtarış tədbirlərinə başlayıb.

Hadisə ilə bağlı araşdırma davam edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR