İnsanlara hürriyət, millətlərə istiqlal!

Heç bir bələdiyyənin məktəbi yoxdur - Fazil Mustafadan SƏRT ÇIXIŞ 

869 29.03.2024 12:15 Ölkə A A

Milli Məclisdə “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Musavat.com xəbər verir ki, komitə sədri Siyavuş Novruzov bələdiyyələrin sayının azaldılacağını bildirib.

Müzakirələr zamanı çıxış edən Mədəniyyət komitəsinin sədri Fazil Mustafa isə qeyd edib ki, heç bir bələdiyyənin infrastrukturu mövcud deyil. Onun sözlərinə görə, bələdiyyələr 20 ildən çoxdur fəaliyyət göstərsə də, bu istiqamətdə işlər görülməyib. Bələdiyyələrin statusunun olmadığını deyən deputat Türkiyə bələdiyyələrini, onların apardığı işləri nümunə çəkib.

Fazil Mustafa deyib ki, qanunda nəzərdə tutulsa da, heç bir bələdiyyənin məktəbi yoxdur: “Əhali sayına görə bələdiyyəni ayırsan da, birləşdirsən də, irəliyə doğru addım atılmayacaq”.

Deputat qeyd edib ki, uşaqların üzgüçülük hovuzuna getməyə imkanı yoxdur, ona görə də onlar kriminallara meyillənir.

“Əhali sayına görə bələdiyyələrin sayını artırıb-azaldaq, nəticə etibarilə bələdiyyə inkişaf edəcəkmi?” - F.Mustafa vurğulayıb. 

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR