İnsanlara hürriyət, millətlərə istiqlal!

Heydər Əliyev prospektində hərəkətdə olan yük avtomobilinin təkərləri çıxdı - VİDEO

689 26.01.2026 21:44 Hadisə A A

Bakıda, Nizami rayonunun Heydər Əliyev prospektində hərəkətdə olan yük avtomobilinin təkərləri yerindən çıxıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumat yayıb.

"Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində, metronun "Koroğlu" stansiyasının yaxınlığında qeydə alınan bu hadisədən hər bir sürücü nəticə çıxarmalıdır. Sürücülər bilməlidirlər ki, hərəkətə başlamazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığı yoxlanılmalı və yaranmış porblem həll edilməlidir. Əks təqdirdə qəzaların baş verməsi qaçılmaz olacaq", - məlumatda bildirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR