İnsanlara hürriyət, millətlərə istiqlal!

Horovluya növbəti köç karvanı yola salındı

551 28.01.2026 07:25 Ölkə A A

Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb.

Musavat.com xəbər verir ki, respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr doğma yurda qayıdırlar.

Bu mərhələdə Horovlu kəndinə 20 ailə (77 nəfər) köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR