İnsanlara hürriyət, millətlərə istiqlal!

İdlibdə silah anbarında güclü partlayış: 5 ölü, 9 yaralı

547 26.11.2025 18:00 Ölkə A A

Suriyanın şimal-qərbində, İdlib əyalətinin Kafr Təkharim qəsəbəsində bu gün silah-sursat anbarında güclü partlayış baş verib. Hadisə nəticəsində 5 nəfər həlak olub, 9 nəfər yaralanıb. Yaralananların bir qismi yaxınlıqdakı zeytun bağlarında işləyən yerli sakinlərdir.

Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə qəsəbə üzərində qalın tüstü sütunu yüksəldiyi görünür. Partlayışın səsi yaxın yaşayış məntəqələrində də eşidilib. İlkin məlumatlara görə, partlayış anbarın içindəki sursatın alışması nəticəsində baş verib, lakin hadisənin dəqiq səbəbi hələ açıqlanmayıb.

Bəzi yerli mənbələr partlayışın hava zərbəsi nəticəsində baş vermiş ola biləcəyini bildirir. Digər versiyaya görə isə bu, anbar daxilində təhlükəsizlik qaydalarının pozulması ilə bağlı daxili partlayışdır.

İdlibdə müxtəlif silahlı qruplaşmalara məxsus sursat anbarlarının yaşayış məntəqələri yaxınlığında yerləşdirilməsi son illər tez-tez oxşar insidentlərə səbəb olub. Bu hadisə də bölgədə təhlükəsizlik risklərini yenidən gündəmə gətirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR