ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyatı ilə bağlı yeni tarix ehtimalı ortaya atılıb.
Musavat.com xəbər verir ki, İspaniyaya aid bəzi analitik və media çevrələrində zərbənin 22 fevral səhər saatlarında başlaya biləcəyi barədə qiymətləndirmə səsləndirilir.
Söhbət hələlik rəsmi təsdiqi olmayan ehtimaldan gedir və bu daha çox bölgədə hərbi aktivliyin artması, qüvvələrin cəmləşməsi və Vaşinqtondan gələn sərt bəyanatların təhlilinə əsaslanır.
Müşahidəçilərin fikrincə, əməliyyat məhdud zərbə formatında ola bilər. Əsas hədəf hərbi və strateji obyektlər seçilə bilər.
Məqsəd genişmiqyaslı müharibə deyil, siyasi təzyiq yaratmaqdır, diplomatik variant hələ tam bağlanmayıb.
ABŞ və İran tərəfi bu tarixlə bağlı rəsmi açıqlama verməyib. Buna görə məlumat ehtimal xarakterli qiymətləndirmə kimi qəbul edilir və proses diqqətlə izlənilir.
Musavat.com






