İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda güc balansı pozuldu: Prezident kənara çəkilir, SEPAH irəli çıxır

1560 18.01.2026 01:15 Dünya A A

Son 12 günlük müharibə və ardınca baş verən hadisələr İranın siyasi sistemində ciddi güc dəyişimini üzə çıxarıb.

Musavat.com xəbər verir ki, iranşünas Əziz Əhmədinin The Sunday Times üçün verdiyi təhlilə əsasən, bu mərhələ SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) İran siyasətində indiyədək görünməmiş dərəcədə güclənməsi ilə xarakterizə olunur.

Ekspertin sözlərinə görə, ali rəhbər Əli Xamenei təhlükəsizlik və kəşfiyyat arxitekturasını faktiki olaraq SEPAH üzərində qurur. Bu, həm son müharibə dövründə korpusun Xamneyiyə tam sədaqət göstərməsi, həm də sistemin özünü qoruma instinkti ilə izah olunur.

Yeni balansda diqqətçəkən məqam ondan ibarətdir ki, orduda əməliyyat və nəzarət səlahiyyətləri prezident Məsud Pezeşkiana verilir, lakin təhlükəsizlik və kəşfiyyat bloku bir mərkəzdə birləşdirilərək SEPAHın tabeliyinə keçir. Bu isə prezident institutunun real təsir imkanlarının məhdudlaşdırılması, dövlətin isə daha sərt hərbi-siyasi çərçivəyə salınması deməkdir.

Əziz Əhmədi vurğulayır ki, SEPAH tarixində ilk dəfə olaraq hökumətin fəaliyyətini monitorinq etmək hüququ qazanır. Bu addım İran siyasi sistemində mülki hakimiyyət üzərində açıq nəzarət mexanizminin formalaşması kimi qiymətləndirilir.

Təhlildə ən kritik məqamlardan biri də kadr siyasətidir. Bildirilir ki, aparılan bütün əsas təyinatlar ali rəhbərin oğlu Mojtaba Xameneiyə yaxın fiqurlar arasından seçilir. Bu isə İranda təkcə güc balansının dəyişmədiyini, eyni zamanda mümkün varislik xəttinin də möhkəmləndirildiyini göstərir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR