İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda qalan Azərbaycan vətəndaşları ilə bağlı Ceyhun Bayramovdan mühüm açıqlama

1117 20.01.2026 10:27 Son xəbər A A

Xarici işlər naziri Ceyhun Bayramov İranda olan Azərbaycan vətəndaşları ilə bağlı mühüm açıqlama verib.

Musavat.com bildirir ki, nazir Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki Baş konsulluğunun mütəmadi olaraq fəaliyyətdə olduğunu deyib.

Ceyhun Bayramovun sözlərinə görə, İranda olan Azərbaycan vətəndaşları ilə bağlı fəaliyyət bir saat belə dayanmayıb. Azərbaycan vətəndaşları orada hər hansı çətinliklə üzləşdikdə əlaqə saxlamaları üçün müvafiq telefon nömrələri onlara təqdim olunub.

Nazir qeyd edib ki, hazırda İranda olan Azərbaycan vətəndaşları ilə bağlı hər hansı ciddi problem müşahidə edilmir. Bu səbəbdən də məsələyə dair Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki Baş konsulluğu tam fəaliyyət rejimində çalışır.

Xalidə Gəray
Video foto müəllifindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR