İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda ŞOK OLAY - Qapıçı azarkeşi qucaqladığı üçün... VİDEO

646 24.04.2024 14:07 İdman A A

“Esteqlal” klubunun və İran millisinin qapıçısı Hüseyn Hüseyni matç zamanı meydana qaçan azarkeşi qucaqladığı üçün bir oyunluq diskvalifikasiya edilib.

Musavat.com xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

Qeyd olunub ki, bu qərarı İran Futbol Federasiyasının İntizam Şurası qəbul edib.

Məlumata görə, insident aprelin 12-də “Alumin Arak” və “Esteqlal” komandaları arasında keçirilən oyun zamanı baş verib. Belə ki, oyun zamanı azarkeş meydançaya qaçıb. Bu zaman qapıçı Hüseyn Hüseyni qaçan azarkeşi qucaqlayıb.

Daha sonra qız stadionun təhlükəsizlik işçiləri tərəfindən saxlanılıb. Hüseyni isə bir oyunluq cəzalandırılıb, üstəlik o, 4400 avro cərimələnib.

İran 20 ilə yaxındır ki, qadınların futbol matçlarına gəlməsini qadağan edib. Və bu qadağa yalnız 2019-cu ildə aradan qaldırılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR