İnsanlara hürriyət, millətlərə istiqlal!

İsa Həbibbəylidən istefası ilə bağlı xəbərə SƏRT REAKSİYA

1641 28.01.2026 13:41 Ölkə A A

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəylinin vəzifəsindən istefa verməsi ilə bağlı məlumat yayılıb.

Musavat.com xəbər verir ki, Manset.az məsələni dəqiqləşdirmək üçün AMEA prezidenti ilə əlaqə saxlayıb.

İsa Həbibbəyli haqqında yazılanlardan məyus olduğunu bildirib:

“Mən əslində bu barədə danışmaq istəmirdim. Amma görürəm ki, danışmayanda olmur. Bunları yazmağa nə ehtiyac var? Biz işimizi davam etdiririk, qətiyyən belə bir fikir yoxdur. Bu, bizi sevməyən qüvvələrin AMEA-ya qarşı sensasiya yaratmaq məqsədilə atdığı addımdır. Bu adamları qınayıram. Nə üçün AMEA-ya qarşı belə münasibət bəslədiklərini bilmirəm. Mənim bu adamlara nə pisliyim keçib?” - deyə İsa Həbibbəyli bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR