İsrail Müdafiə Ordusu ABŞ-ın yaxın günlərdə İrana hərbi zərbə endirə biləcəyi ehtimalını nəzərə alaraq hazırlıq tədbirləri görür.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın “The War Zone” nəşri İsrail ordusunda yüksək vəzifəli mənbəyə istinadla məlumat yayıb. Mənbənin sözlərinə görə, Vaşinqtonun planları son anda dəyişə bilər və hazırda vəziyyət “bir nəfərin qərarından asılıdır”. Söhbətin ABŞ prezidenti Donald Trampdan getdiyi bildirilir.
Məlumata görə, İsrail hakimiyyəti xarici aviaşirkətlərə də rəsmi xəbərdarlıq edərək yanvarın 31-i və fevralın 1-də region üzərində hava məkanında “yüksək təhlükə riski” ola biləcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, bundan əvvəl “Middle East Eye” nəşrinin mənbələri də ABŞ-ın bu həftə ərzində İrana zərbə endirə biləcəyi ehtimalını gündəmə gətirmişdi.
Musavat.com






