Başına bombalar yağan ölkədə vəziyyət necədir?
İran-ABŞ-İsrail savaşı 8 gündür ki, davam edir.
Musavat.com İrandakı vəziyyətlə bağlı dünyas mediasındakı yazıların xülasəsini oxuculara təqdim edib.
(https://musavat.com/news/iran-bu-gun-benzin-var-banklar-aciq-yemek-bol-ogru-yox-fotolar_1245066.html).
Ümumiyyətlə, bu müharibə zamanı İranda baş verənlər haqqında İsraildəki hazırdakı vəziyyətlə bağlı daha çox məlumatlar var.
Əlbəttə ki, hər iki tərəfdən siyasi bəyanatlar eşidilir, lakin İrandakı kimi təfərrüatlar azdır, hətta itkiləri barədə belə məlumat yoxdur. “Komsomolskaya pravda” yazır ki, yerli təhlükəsizlik qüvvələrindən çəkinən adi israillilər ölkədəki vəziyyət barədə ətraflı danışmaqdan imtina edirlər. Nəşr yazır ki, 2011-ci ildə İsrailə köçən Qüds sakini ətraflı danışmağa razılıq verib.![]()
Qüds sakini deyir ki, savaş başlaya kimi İsrailin hava məkanı dərhal bağlanıb.
“Ben Qurion Hava Limanında bütün uçuşlar ləğv edildi. Həmin gün ailəm və mən zirzəmidəki bomba sığınacağına qaçmaqdan başqa bir şey etmədik. Binamızdakı mənzillərdə zirehli otaqlar yoxdur. Sirenlər dalğa-dalğa səsləndi: 10-15 dəqiqəlik sükut, sonra isə daha bir... Axşam saatlarında hamı o qədər yorğun idi ki, uşaqlar artıq ağlamırdılar; avtomatik olaraq adi ləvazimatları olan bir çantanı götürüb sığınacağa getdilər”, - deyə nəşrin həmsöhbəti deyib.
Onun dediyinə görə, müharibənin ilk günündən fərqli olaraq sirenlər daha az eşidilir, amma yenə də hər saat və ya iki saatdan bir belə həyacan siqnalı verilir: “Binamızdakı bütün qonşular, həm yaşlılar, həm də uşaqlı ailələr sığınacaqda gizlənirlər. İnsanlar Cəbhə Komandanlığının təlimatlarına əməl edirlər. Zirzəmidə mobil internet əhatə dairəsi demək olar ki, yoxdur. Buna görə də xəbərləri yalnız sığınacaqdan çıxanda xəbər tuta bilirsiz. Sığınacaqda kitab oxuyuruq və ya əvvəlcədən yüklənmiş filmlərə baxırıq, söhbət edirik və hamı bir-birini dəstəkləyir. Əsas problem, əlbəttə ki, yuxusuzluqdur. Həyacan siqnallar arasında mürgüləyirik”.
Nəşrə danışan israilli deyib ki, ölkədə heç yerdə turist yoxdur: “Bildiyim qədəri ilə, yalnız yaşayış icazəsi olanlar Qüdsədiki “köhnə şəhər”ə daxil ola bilərlər. Bütün görməli yerlər - Müqəddəs Qəbir Kilsəsi, Əl-Əqsa Məscidi və digərləri bağlıdır. Xəbərlərdə oxudum ki, ələ keçirilən raketdən və ya pilotsuz təyyarədən düşən qəlpələr Davud şəhərinin (Mərkəzi Yerusəlimdəki arxeoloji park, insanların ilk dəfə Tunc dövründə məskunlaşdığı yer - Red.) qazıntılarına düşüb. Bu dünya irs məkanın hərbi əməliyyatlar nəticəsində zədə görməsi kədərlidir”.

Nəşrin həmsöhbətinin dediyindən belə məlum olur ki, Yerusəlimdə İT və beynəlxalq şirkətlərdən çoxlu sayda ğməkdaşını evə göndəriblər: “Dövlət qurumları qismən, azaldılmış saatlarla fəaliyyət göstərir. Eyni şey banklar üçün də keçərlidir, bir çox filiallar bağlıdır. Məktəblər, uşaq bağçaları və universitetlər sonrakı xəbərdarlığa qədər əsasən bağlanıb, dərslər onlayn rejimə keçib”.
İsrailli deyib ki, həyacan siqnal ehtimalını hesablayan xüsusi tətbiqlər var: “Bu, çölə çıxmaq və ya evdə duş qəbul etmək üçün vaxtınızın olub-olmayacağını anlamağa kömək edir. Artıq bilirik ki, raketin İrandan uçması təxminən 10 dəqiqə, Livandan isə 15-20 saniyə çəkir. Ərzaqa gəlincə, evimin yaxınlığındakı supermarketdə demək olar ki, hər şey var. Amma təzə çörək çox tez qurtarır. Panikanın ən sadə göstəricisi sudur. İnsanlar butulkada su almağa başlasalar, bu, vəziyyətin pis olduğunu göstərir. Hazırda çoxlu su var. Amma süd tez qurtarır. Alıcılar tez xarab olan məhsul olduğundan, atəş nəticəsində çatdırılmada gecikmələrin ola biləcəyindən qorxurlar. Ötən 12 günlük müharibədə tualet kağızı qıtlığı oldu, amma hazırda kifayət qədər var. Baxmayaraq ki, keçən il 12 günlük müharibə zamanı insanlar onu bir anda mağazadn yığışdırırdılar. Yanacaqdoldurma məntəqələri açıqdır, amma Hörmüz boğazı ilə bağlı problemlər barədə şayiələr var. Mənim maşınım yoxdur, amma qonşularım benzin qiymətlərinin təxminən 20% artdığından şikayətləndilər. İlk bir neçə gündə növbələr var idi, insanlar ehtiyat yığırdılar. Hələ böyük növbələr görmədim, amma bəlkə də başqa şəhərlərdə var. Avtobuslar mütləq adi haldan daha az işləyir. Sərnişinlər xeyli azdır.Ümid edirəm ki, bu, uzun sürməyəcək. Bu həftənin dinc şəkildə bitməsini çox istərdik...”
Musavat.com






