İnsanlara hürriyət, millətlərə istiqlal!

Mətanət Əliverdiyeva ilə Vüqar Muradov arasında SAVAŞ: "Məni aldatdılar!"

765 06.06.2026 10:23 Şou-biznes A A


Xəbər verdiyimiz kimi, aparıcı Mətanət Əliverdiyeva "Xəzər axşamı" verilişində müğənni Vüqar Muradov haqqında sərt fikirlər səsləndirib.


Musavat.com xəbər verir ki, Vüqar Muradov son anda verilişə qatılmaqdan imtina edib. Aparıcının sözlərinə görə, buna səbəb müğənninin həmin gün studiyada qonaq qismində iştirak edən Müdafiə Nazirliyinin Hərbi Orkestrinin solisti Rəhilə Əliyeva və tar ifaçısı Murad Həsənzadə ilə eyni verilişdə yer almaq istəməməsi olub.

Bu səbəbdən Mətanət Əliverdiyeva efirdə Vüqar Muradovu sərt tənqid edərək, "Ayıb olsun, xoşunuza gəlmirsə, siz də dünəndən mənim xoşuma gəlmirsiniz" kimi ifadələr işlədib.

Vüqar Muradov isə ünvanına səsləndirilən ittihamlara münasibət bildirərək məsələnin mahiyyətinin tamamilə fərqli olduğunu deyib:

"Zəhrimara qalmış qalmaqala nifrət edirəm. Həmişə ondan qaçıram, amma nədənsə o gəlib məni tapır. Qoyun sakit həyatımızı yaşayaq.

Verilişdən iki gün əvvəl prodüser mənə zəng edərək bildirdi ki, proqramda yalnız mən və Vaqif Şıxəliyev iştirak edəcəyik. Lakin verilişə gedərkən yolda canlı yayıma baxdım və gördüm ki, studiyada başqa ifaçılar da var. Onların kim olmasının mənim üçün heç bir əhəmiyyəti yox idi.
Dərhal prodüserə zəng edib dedim ki, verilişinizdə kifayət qədər qonaq var, mənə ehtiyac yoxdur. Eyni zamanda soruşdum ki, niyə məni aldadırsınız? Əgər siz məni ciddiyə almırsınızsa, mən də sizi və verilişinizi ciddi qəbul etmirəm.

Siz bu cür münasibəti xalq artistlərinə, əməkdar artistlərə göstərə bilməzdiniz. Məhz buna görə verilişə getmədim. Çünki aldadılmışdım. Mənim problemim qonaqlarla deyil, məni aldadan aparıcı və prodüserlə idi.

Mətanət Əliverdiyeva isə efirdə belə təqdim edib ki, guya mən digər qonaqlara görə verilişə qatılmaqdan imtina etmişəm. Bu, həqiqəti əks etdirmir. Mənim iradım qonaqlara yox, mənə əvvəlcədən verilən məlumatın doğru olmamasına idi. Mənə bildirilmişdi ki, verilişdə yalnız Vaqif Şıxəliyevlə birlikdə iştirak edəcəyəm. Sonradan bunun belə olmadığını gördüm və buna görə də proqramda iştirak etməmək qərarına gəldim. Hadisənin mahiyyəti bundan ibarətdir. Mənim digər sənət adamları ilə heç bir problemim yoxdur".

Xalidə,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR