İsrailin Qəzza zolağında atəşkəs pozuntuları vasitəçiləri çətin vəziyyətə salır.
Musavat.com xəbər verir ki, bunu Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani Vaşinqtonda jurnalistlərə deyib: "İsrailin atəşkəs sazişini pozmağı davam etdirməsi vasitəçiləri çətin vəziyyətə salır".
Qətərin Baş naziri qeyd edib ki, Fələstin anklavına humanitar yardımın çatdırılması təcili məsələ olaraq qalır: "Biz heç bir şərt olmadan, xüsusən də insanların yerləşdirilməsi üçün çadırlarda yardımın çatdırılmasının vacibliyini vurğuladıq".
Qəzza zolağında sülhməramlı kontingentin yerləşdirilməsi ilə bağlı Şeyx Məhəmməd Dohanın "hazırda bu məsələ ilə bağlı tam məlumata malik olmadığını", lakin tərəflərin "beynəlxalq sabitlik və yerinə yetirəcəkləri vəzifələrin müəyyən edilməsi ilə bağlı ABŞ ilə texniki koordinasiyanı" davam etdirdiyini aydınlaşdırıb: "Bunlar bir tərəfi digərinin hesabına qoruyan qüvvələr deyil, hər iki tərəfi, sazişin özünü və onun yerinə yetirilməsini təmin etmək üçün nəzərdə tutulmuş qüvvələr olmalıdır".
Musavat.com






