İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraildən Kiyevdəki aksiyaya kəskin reaksiya - VİDEO

1271 24.06.2026 21:43 Dünya A A

İsrailin Ukraynadakı səfirliyi Kiyevin mərkəzində keçirilən aksiya zamanı nasist jestləri və şüarlarının səsləndirilməsinə görə hüquq-mühafizə orqanlarını hadisəyə rəsmi qiymət verməyə çağırıb.

Musavat.com xəbər verir ki, səfirliyin məlumatına görə, hadisə iyunun 21-də “Qardaşlıq” birliyinin LGBT-marşına qarşı Maydanda təşkil etdiyi aksiya zamanı baş verib.

İsrailli diplomatlar bildiriblər ki, aksiyanın bəzi iştirakçıları nasist salamı nümayiş etdirib və müvafiq şüarlar səsləndiriblər.

Səfirlik vurğulayıb ki, bu cür hərəkətlər nasizm qurbanlarının xatirəsini təhqir edir və milyonlarla insanın faciəsinə hörmətsizlikdir.

İsrail tərəfi Ukraynanın hüquq-mühafizə orqanlarını baş verənlərə hüquqi qiymət verməyə çağırıb.

Hazırda Ukrayna hakimiyyətindən və hüquq-mühafizə orqanlarından məsələ ilə bağlı açıq reaksiya verilməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR