İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda mikroavtobus AŞDI - çox sayda yaralanan var

426 18.01.2026 11:16 Dünya A A

 

Türkiyənin İstanbul şəhərində mikroavtobusun aşması nəticəsində 11 nəfər xəsarət alıb.

Məlumata görə, İstanbul Hava Limanı istiqamətində hərəkət edən xidməti mikroavtobus qar yağışının sürüşkənləşdirdiyi yolda idarəetmədən çıxıb. Əvvəlcə bordürə çırpılan mikroavtobus daha sonra aşıb. Hadisə yerinə çox sayda təcili tibbi yardım briqadası, polis əməkdaşı və xilasedicilər cəlb olunub.

Hadisə nəticəsində xəsarət alan 11 nəfər xəstəxanalara çatdırılıb. Onların vəziyyətləri barədə məlumat yoxdur./report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR