İnsanlara hürriyət, millətlərə istiqlal!

İsti hava faciəyə səbəb oldu

829 30.05.2025 21:00 Hadisə A A

Pakistanın Heydərabad şəhərində temperatur +52 dərəcə Selsiyə yüksələrək bölgədəki şiddətli isti dalğasını daha da çətinləşdirib.

Milli.Az xəbər verir ki, yüksək temperatur səbəbindən onlarla uşaq xəstəxanaya müraciət edib.

Yerli hakimiyyət orqanları sakinlərə evdə qalmağı və yalnız zəruri hallarda açıq havaya çıxmağı tövsiyə edir. Pakistan Meteorologiya Departamenti isti hava şəraitinin parlaq günəş şüaları və isti küləklərlə bağlı olduğunu bildirib.

Qurum xəbərdarlıq edir ki, əgər isti hava davam etsə, sağlamlıq problemləri artacaq. Əhaliyə xüsusilə gündüz saatlarında diqqətli olmaları, sərin yerlərdə qalaraq kifayət qədər maye qəbul etmələri tövsiyə olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR