İnsanlara hürriyət, millətlərə istiqlal!

İtkin şəhidimizlə vida mərasimi keçirildi - Fotolar

802 30.10.2025 12:58 Ölkə A A

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Fikrət Abbas oğlu Əzizovla vida mərasimi keçirilib.

Musavat.com “Report”a istinadən xəbər verir ki, Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində mərhumun ailə üzvlərinə məxsus evdə baş tutan vida mərasimində şəhidin yaxınları, eləcə də dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim başa çatdıqdan sonra onun nəşinin qalıqları Qaradağ rayonunda yerləşən “Sofi Həmid Piri” qəbiristanlığında torpağa tapşırılcaq.

Qeyd edək ki, şəhid Fikrət Əzizov 13 yanvar 1961-ci ildə Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edib. F.Əzizov 1992-ci ilin 26 fevralında Xocalı şəhərində itikin düşmüş hesab edilirdi.

 


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR