İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırov “ölməmişəm, sağam” deyir – 3 gündə 3 təkzib

1063 15.01.2026 20:07 Dünya A A

Çeçenistan lideri Ramzan Kadırov son üç gündə xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərləri üç dəfə təkzib edib və özünü yaxşı hiss etdiyini bildirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, 14 yanvar axşamı Kadırov dağ kəndi Benoidən canlı yayım edib. O, böyrəkləri, qaraciyəri, dalağı və ya mədəsi ilə bağlı heç bir probleminin olmadığını vurğulayıb və vəzifələrini yerinə yetirmək üçün kifayət qədər gücə malik olduğunu qeyd edib. Bu açıqlama onun xəstəxanaya yerləşdirilməsi və tibbi yardıma ehtiyacı ilə bağlı şayiələrə cavab olub.

Bundan əvvəl yerli dövlət televiziya kanalı Kadırovun şəhərdə maşınla gəzməsini əks etdirən video yayımlayıb. Bundan əlavə, 12 yanvarda o, Telegram kanalında hökumət rəsmiləri ilə görüşün videosunu paylaşıb və orada sağlamlığı ilə bağlı şayiələri də təkzib edib və internetdə dezinformasiya ilə mübarizənin vacibliyini vurğulayıb.

Qeyd edək ki, son bir neçə ildə bir çox mənbələr, o cümlədən xarici media qurumları R.Kadırovun ağır vəziyyətdə olduğunu, xüsusilə böyrək çatışmazlığı problemi üzləşdiyini bildirir, bu üzdən özündən sonra Çeçenistana öz ailə üzvünün, yaxud yaxın adamlarından birinin rəhbərlik etməsi planı üzərində çalışdığını qeyd edirlər. Ancaq Çeçenistan rəhbəri hər dəfə bu iddiaları qəti şəkildə təkzib edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR