"Kəlbəcərə bugünlərdə səfərim zamanı şəhərdə yeni modul tipli hotelin – "Kəlbəcər Hotel"in istifadəyə verildiyi xəbərini eşitdim. Bu səfər çərçivəsində otelin xidmətlərindən yararlanmaq fürsətim oldu və qürurla deyə bilərəm ki, füsunkar Kəlbəcər təbiətinin qoynunda yerləşən bu müasir modul tipli hotelin ilk qonaqları biz olduq".
Bu barədə Musavat.com-a Subyekt.az saytının təsisçisi və baş redaktoru Rövşən Hüseynli bildirib.
O deyib ki, ilk andan etibarən yüksək peşəkarlıq, səmimi münasibət və əsl qonaqpərvərlik hiss olunur. Modul hotelin mehriban və diqqətli personalı qonaqları yüksək səviyyədə qarşılayıb, göstərilən xidmət isə tam məmnunluq yaradıb. Rahatlıq, təmizlik və sakitlik burada əsas üstünlüklərdəndir.
"Kəlbəcər Hotel" Kəlbəcər şəhərində, Xəstəxananın (Hospitalın) yaxınlığında yerləşir. Kəlbəcərə səfər edən hər kəs burada rahat istirahət edə, təbiətin nadir gözəlliklərindən doyunca zövq ala bilər.
Kəlbəcərdə istifadəyə verilən bu müasir və komfortlu modul tipli hotel qonaqların rahat istirahəti üçün bütün zəruri şəraitlə təmin olunub. Qiymətlər: 2 nəfərlik 1 otaq – 120 manat (səhər yeməyi daxil)
1 nəfərlik və
4 nəfərlik otaqlar da mövcuddur.
Musavat.com






