İnsanlara hürriyət, millətlərə istiqlal!

"90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı" VİDEO

962 25.07.2026 16:01 Son xəbər A A

Son illərdə sosial şəbəkələr insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Bu platformalar həm informasiya əldə etmək, müxtəlif xalqların mədəniyyətini tanımaq, həm də fikir mübadiləsi aparmaq üçün geniş imkanlar yaradır. Bununla yanaşı, virtual məkanın digər üzü də var. Bəziləri sosial media vasitəsilə cəmiyyətə faydalı məlumatlar çatdırdığı halda, digərləri bu platformaları manipulyasiya, böhtan və dezinformasiya yaymaq üçün istifadə edir. Müşahidələr göstərir ki, sosial şəbəkələrdə özünü "mübariz" kimi təqdim edən bəzi şəxslər real həyatda nümayiş etdirdikləri davranışla virtual aləmdə yaratdıqları obraz arasında ciddi ziddiyyət yaşayırlar. Klaviatura arxasında sərt bəyanatlar səsləndirənlərin bir qisminin üz-üzə dialoq zamanı eyni mövqeni nümayiş etdirə bilməməsi də zaman-zaman müzakirə mövzusuna çevrilir.

Belə müzakirələrdən biri də Almaniyanın Berlin şəhərində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə "Azad söz" yutub kanalının rəhbəri Tural Sadıqlı arasında baş tutan qısa söhbətdən sonra yenidən gündəmə gəlib. Qısa dialoq sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

16776806781670714846_1200x630.jpg (115 KB)

Musavat.com bildirir ki, İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli bu barədə qeyd edib:

"Tural Sadıqlının həmin 90 saniyəlik söhbəti - gecə-gündüz ekran arxasından "şir kimi nərildəyən" simasının Hacıyevin qarşısında deməyə söz tapmayaraq yumağa dönüşdüyünü hamımız izlədik. Əslində azdan-çoxdan prosesləri izləyənlər bilirlər ki, "pişiyin ağzı ətə çatmayanda həmişə deyir ki, ət iy verir". Bu sosial şəbəkə qəhrəmanlarının da əksər yanaşmaları belə olur. Yaxından izləyəndə görürsən ki, sən demə, bunların göstərdiyi "köpük şou"sundan uzağa getmir. Yəni hayla gələn elə küylə də gedir. Ancaq bu 90 saniyəlik dialoqu izləyərkən məni düşündürən, Hikmət Hacıyevin səsləndirdiyi bir cümlə "Həyatda ən çətin şey vətənə xəyanət etməkdir" oldu və ilk səslənən sual "insan öz maraqları naminə bu qədərmi ağa qara deməkdən çəkinməz?" oldu.

Bir zamanlar Azərbaycan Prezidentini "Xankəndini satmaqda" günahlandıranlar, ardınca ölkənin birinci xanımına uyğun olmayan sözlər söyləyənlər, ardınca ölkə başçısının köməkçisi Hikmət Hacıyevlə bağlı hər günə bir veriliş həsr edənlər açıq-aşkar göstərirdilər ki, dediklərinə özləri belə inanmırlar.

Xatırlayırsınızsa, bir neçə ay öncə Almaniyanın Münhen şəhərində elə Mehriban xanım Əliyeva tərəfindən klaviatura qəhrəmanları kübarcasına cavablandırıldı. Əslində anlayana bu elə verilmiş ciddi cavab idi. Sadəcə bu "blogerlər" özləri gələn sifarişin "İcraçısı" rolunda çıxış etdiklərini heç vaxt gizlətmirlər. Necə ki, Tural Sadıqlı bunu Hikmət Hacıyevə "məni dəvət edin, gəlim" fikrini səsləndirməsi ilə təsdiqləmiş oldu.

Vətəninə xəyanət etməyi gözardı edirsənsə, bunun yalnız bir adı var. Rəhmətlik Bəxtiyar Vahabzadə demiş, "harda çörək vardırsa, ora vətəndir mənə". Vətənə xəyanətin səbəbi isə heç nə ilə ölçülə bilməz. Nə Hikmət Hacıyevə yapışmayan hekayələr söyləməklə, nə də yaxşıya pis deməklə.

Həyat təcrübəmiz göstərir ki, bu günə kimi Azərbaycanın Vətənə xəyanət edən yox, əksinə, onun üçün qan tökərək, can verən oğulları Milli Qəhrəmanımız Mübariz İbrahimov, Natiq Qasımov kimi savaş meydanlarında da kürək yerə vurmağı bacarıb.

Fikrimcə, "Berlin dialoqu"nda 90 saniyəlik söhbətdə Hikmət Hacıyev qarşısındakının göründüyündən də kiçik olduğunu bir daha nümayiş etdirdi. Mənim fikrimcə, bu söhbətin nöqtəsini elə Hikmət Hacıyev özü qoydu".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR