Əfsanəvi aktyor Kemal Sunalın baş rolda oynadığı “Tokatçı” filmində canlandırdığı “Emine” obrazı ilə tanınan Nazan Saatçi yenidən gündəmə gəlib.
Musavat.com xəbər verir ki, hazırda ABŞ-də yaşayan aktrisanın son görüntüləri sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.
67 yaşlı aktrisa görünüşü ilə hər kəsi təəccübləndirib. Sosial şəbəkə istifadəçiləri paylaşıma “18 yaşında kimisiniz”, “Çox gənc görünürsünüz” kimi tərif dolu şərhlər yazıblar.
Saatçi daha əvvəl verdiyi açıqlamada 14 ildir uşaq hekayələri yazdığını və rəsm əsərləri yaratdığını, dolanışığını da bu işlərdən təmin etdiyini bildirmişdi.
Musavat.com






