İnsanlara hürriyət, millətlərə istiqlal!

"Kızılcık şerbeti" bu qalmaqalla ÇALXALANIR – Serialdan ayrılan Sıla Türkoğlu 2 aktyorla bağlı görün hansı addımı atdı... FOTO

2799 15.11.2025 18:40 Şou-biznes A A

“Kızılcık şerbeti” serialının aktyor heyətində gərginliklər davam edir.

Musavat.com-un Türkiyə mətbuatına istinadla xəbərinə görə, ilk olaraq “Mustafa” obrazını canlandıran Emrah Altıntoprak serialdan ayrıldıqdan sonra tərəf müqabili Feyza Civeleki izləmədən çıxarmışdı.

İndi isə 4 mövsüm “Doğa” obrazını canlandıran baş rol ifaçısı Sıla Türkoğlu iki adı izləmədən çıxarıb. Seriala ölüm səhnəsi ilə vida edən Türkoğlu final yayımlandığı kimi 4 illik tərəf müqabili Doğukan Güngörü və Feyza Civeleki izləmədən çıxarıb.

SİLA.jpg (67 KB)

Feyza Civelek serialın ssenaristi Melis Civelekin qızıdır. “Pembe” obrazını canlandıran Sibel Taşçıoğlunun Civelek üzündən serialdan ayrıldığı da deyilirdi.

“Kızılcık şerbeti”nin “Nilay”ı Feyza Civelek bir neçə ay əvvəl verdiyi müsahibədə əvvəllər sevgili olub ayrılan və öpüşmə səhnəsi istəməyən bir cütlükdən danışmışdı. Onun sözləri aralarında öpüşmə səhnəsi ilə bağlı gərginlik yaşandığı iddia olunan Doğukan Güngör və Sıla Türkoğluna işarə kimi qiymətləndirilmişdi. Feyza Civelek demişdi:

“Sevgili ikən dünyanın ən böyük aşiqi kimi davranıb, ayrıldıqdan sonra bir-birinə düşmən kəsilənlər olur. “Bu rolu oynamaram” deyib prodüserə qədər zəng edənlər var”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR