İnsanlara hürriyət, millətlərə istiqlal!

“Krokus”dakı teraktda sağ qalan şəxs: “Amfiteatrda gizlənmişdim, gördüm..."

873 28.03.2024 12:19 Dünya A A

“Crocus City Hall” konsert zalında törədilən terror aktının qurbanlarından biri olan Sergey Moşuranın həyatını, terrorçulardan birinin avtomatla “qurdalanması”, başqa sözlə, silahının güllə darağını dəyişdirməyə vaxt itirməsi xilas edib.

Musavat.com xəbər verir ki, bu barədə S.Moşura jurnalistlərə danışıb.

Həmin şəxsin dediyinə görə, hücum başlayanda o, “Krokus”un foyesində növbəyə durubmuş və gələn yüksək səslərin pulemyot atəşi olduğunu əvvəlcə başa düşməyib. “Göy gurultusu kimi bir səs gəldi. Düşündüm ki, bu, “Krokus”dur, hər cür sərgilər var, hansısa tikinti materialları düşə bilər”, - Moşura deyib.

Onun sözlərinə görə, daha sonra ətrafda çaxnaşma başladığını görüb, bir qrup tamaşaçı ilə amfiteatra sığınıb. Terrorçulardan biri silahının darağını dəyişməklə məşğul olanda, Moşura, özü demişkən, “cərgələrin arasından səkə-səkə” qaçmağa başlayıb və zaldan çıxa bilib.

“Crocus City Hall”da terror aktı martın 22-də axşam baş verib. Terrorçular konsert zalının binasına soxularaq ziyarətçilərə atəş açmağa başlayıblar. Son məlumatlara görə, 140 nəfər onların əməllərinin qurbanı olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR