İnsanlara hürriyət, millətlərə istiqlal!

Kürd silahlıları minlərlə İŞİD üzvünü həbsxanadan buraxdı

806 20.01.2026 08:51 Dünya A A

Suriyadakı separatçı kürdlərin alyansı olan Suriya Demokratik Qüvvələri (SDF) Haseke əyalətindəki əl-Şəddadi şəhərində yerləşən həbsxanadan təxminən 1500 İŞİD yaraqlısını buraxıb.

Musavat.com xəbər verir ki, Suriya hakimiyyəti kürd silahlılarının terrorizmdən təsir gücü kimi istifadə etməyə çalışdıqlarını elan edib. Ölkənin Müdafiə Nazirliyi bundan əvvəl SDF rəhbərliyini "İŞİD məhbuslarının qaçışını asanlaşdıra biləcək hər hansı ehtiyatsız addımlar"dan çəkinməyə çağırmışdı. Lakin kürdlər buna baxmayaraq, İŞİD üzvlərini həbsxanadan çıxarıblar.

SDF sözçüsü Fərhad Şami kürd televiziya kanalı Rudaw-a İŞİD-çilərin onlar tərəfindən qaçırılmadığını, həmin şəxslərin guya həbsxanadan çıxdıqdan sonra kürdlərə qarşı hücuma qoşulduqlarını iddia edib. Kürdlərin bu addımı Suriya hakimiyyəti ilə ABŞ və İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiya arasında münasibətləri pozmaq cəhdi hesab olunur.  

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR