Laçın rayonunun Qorçu qəsəbəsində ilkin olaraq söküntü işlərinə start verilib.
Musavat.com xəbər verir ki, bunu Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Rafiq Salmanov deyib.
Məlumata görə, "Böyük Qayıdış"a dair II Dövlət Proqramı çərçivəsində Qorçu qəsəbəsinin inşasının növbəti mərhələsi üzrə tikinti işlərinin 2027-2030-cu illərdə həyata keçirilməsi planlaşdırılır. Bu mərhələdə isə 250-300 fərdi yaşayış evinin və 3-4 mərtəbəli çoxmənzilli yaşayış binasının tikintisi planlaşdırılır. Ümumilikdə gələcəkdə Qorçu qəsəbəsində min ailənin daimi məskunlaşdırılması nəzərdə tutulub:
"Məlum olduğu kimi, Qorçu qəsəbəsi istifadəyə verilmiş Laçın Beynəlxalq Hava Limanının yaxınlığında yerləşir. Bu da gələcəkdə qəsəbədə məskunlaşan əhalinin iş təminatı üçün mühüm rol oynayacaq".






