İnsanlara hürriyət, millətlərə istiqlal!

Lənkəranda PARTLAYIŞ - Xəsarət alan var

834 28.05.2025 15:06 Hadisə A A

Lənkəran rayonunun Şovu kəndində baş verən partlayışın təfərrüatı məlum olub.

Hadisə səhər saatlarında baş verib. Mağazaya gələn sahibkar obyektin qapısını açıb. O, içəri daxil olarkən mağazanın işıqlarını yandırmaq istəyib və bu vaxt anidən partlayış olub.

Məlumata görə, partlayışa səbəb mağazadakı iki soyuducu olub. Belə ki, köhnə olan soyuducularda nasazlıq yaranıb və soyutma balonundakı maye qaz marketə dolub. Səhər saatlarında sahibkar Mahir Cəbrayılov marketin işığını yandırarkən partlayış baş verib.

Hadisə nəticəsində M.Cəbrayılov ağır yanıq xəsarətləri alıb.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR