İnsanlara hürriyət, millətlərə istiqlal!

Lerikdə ot daşıyan yük maşını BELƏ YANDI - ANBAAN VİDEO  

507 26.07.2026 11:40 Hadisə A A


Lerik rayonunun Sipyareğon kəndində otla yüklənmiş yük avtomobilində yanğın baş verib.

Musavat.com xəbər verir ki, hadisə zamanı yük maşınında olan ot bağlamaları alovlanıb və yanğın qısa müddətdə genişlənib.

İlkin məlumata görə, yanğına səbəb yük avtomobilinin hərəkət zamanı aşağı hündürlükdən keçən elektrik xəttinə toxunması olub. Nəticədə avtomobildəki ot bağlamaları alışaraq güclü yanğına səbəb olub.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə qüvvələri cəlb edilib. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun ətrafa yayılmasının qarşısı alınıb və yanğın söndürülüb.

Hadisənin görüntülərini təqdim edirik:

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR