İnsanlara hürriyət, millətlərə istiqlal!

Londondakı Azərbaycan icmasına ağır itki – Əli Tekin Atalar vəfat etdi

532 03.07.2026 17:22 Hadisə A A

Londonda fəaliyyət göstərən "Azərbaycan Evi" Mədəniyyət və Dostluq Mərkəzinin təsisçisi və rəhbəri, Azərbaycan və türk diasporunun tanınmış simalarından olan Əli Təkin Atalar vəfat edib.

Musavat.com-un məlumatına görə, mərhumun vəfat xəbəri dostları və yaxınları tərəfindən sosial şəbəkələrdə paylaşılıb.

Bildirilir ki, Dr. Əli Tekin Atalar bu gün səhər saatlarında dünyasını dəyişib.

Britaniyada yaşayan Azərbaycan icmasının fəal üzvlərindən biri olan Fəridə Pənahova bu acı xəbərlə bağlı təsirli paylaşım edib. O, yazıb: “İllərdir icmamızın onurğa sütunu olan, yüzlərlə insana ən çətin anlarında dəstək duran, Britaniyada şəxsi vəsaiti ilə ilk Azərbaycan Evini açıb təmənnasız Azərbaycan və Türk icmalarının istifadəsinə verən, yüzlərlə tələbəyə təhsilini bitirməsi üçün maddi-mənəvi dəstək verən və hər şeydən önəmlisi sözün həqiqi mənasında əsl centlmen olan əziz dostum, gözəl insan Doktor Əli Təkin Atalar bu səhər bu dünyaya əlvida deyib, əbədiyyətə qovuşdu.

Allah rəhmət eləsin, əziz dostum! Sənin yerin hər zaman görünəcək, adın və xatirən qəlblərdə əbədi yaşayacaq. Əziz xatirən qarşısında baş əyirik, gözəl insan!”

Qeyd edək ki, Dr. Əli Tekin Atalar uzun illər ərzində Böyük Britaniyada Azərbaycan diasporunun formalaşması və inkişafında mühüm rol oynayıb. Onun yaratdığı Azərbaycan Evi mədəniyyətimiznişizin, tariximizin və milli dəyərlərimizin təbliği istiqamətində mühüm fəaliyyət göstərib, həmçinin Azərbaycan və türk icmalarının bir araya gəldiyi əsas ünvanlardan birinə çevrilib.

Xalidə,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR