İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur fırıldaqçı Trampdan əfv dilədi

728 22.01.2026 08:29 Dünya A A

Theranos biotexnologiya şirkətinin təsisçisi Elizabet ABŞ prezidenti Donald Trampa cəzasının yüngülləşdirilməsi üçün müraciət edib.

Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, Holmsun investor fırıldaqçılığına görə 11 illik həbs cəzasının yüngülləşdirilməsi üçün ərizəsi dekabr ayında ABŞ Ədliyyə Nazirliyinin məlumat bazasına daxil edilib. Əgər xahişi qəbul edilərsə, o, əlavə təzminat ödəməklə şərti azadlıqda qalacaq.

2003-cü ildə o vaxtlar 19 yaşlı Stanford tələbəsi olan Holms biotexnologiya şirkəti Theranos-u təsis edib. Bir il əvvəl o, tədqiqat layihəsi üçün təqaüd almışdı. O, kimya mühəndisliyi professoru Channing Robertsonu bu puldan innovativ qan testi sistemi hazırlamaq üçün istifadə etməyə inandıraraq təhsilini yarımçıq qoyub. Holmsun ideyası barmaqdan götürülən bir damla qanla onlarla test apara və yüzlərlə xəstəliyi diaqnoz edə bilən bir cihaz yaratmaq idi.

Bu ideya investorlar üçün cəlbedici oldu. Theranos-un bazar kapitallaşması sürətlə artaraq Silikon Vadisində aparıcı şirkətə çevrildi. Holms Stiv Cobs, İlon Mask və Mark Zukerberqlə müqayisə edildi. Lakin 2015-ci ildə Edison mikrokəmiyyət analizatorunun nasaz işlədiyi aşkar edildi. Holms fırıldaqçılıq və investorları aldatmaqda ittiham olunaraq məhkəməyə verildi. Şirkət tez bir zamanda dəyərini itirdi və fəaliyyətini dayandırdı. 2022-ci ildə Kaliforniyanın San Xose şəhərindəki məhkəmə Holmsu saxtakarlıq ittihamı ilə 11 ildən çox həbs cəzasına məhkum etdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR