İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur türkiyəli dondurmaçı Bakıda "Yaşa Azərbaycan"la izdiham yaratdı - VİDEO

3243 03.07.2026 22:05 Ölkə A A

Türkiyənin tanınmış bloqeri və "Çılğın dondurmaçı" kimi tanınan Mehmet Dinç hazırda Bakıdadır.

Musavat.com xəbər verir ki, Özünəməxsus şouları və maraqlı təqdimat tərzi ilə sosial mediada milyonlarla izləyici qazanan bloqerin Bakı Bulvarında qurduğu dondurma piştaxtası son günlər böyük marağa səbəb olub.

Sosial şəbəkələrdə, xüsusilə TikTok-da yayılan görüntülərdə onun ətrafına yüzlərlə yerli sakin və turistin toplandığı görünür. Mehmet Dinç Azərbaycanın məşhur "Yaşa Azərbaycan" mahnısının sədaları altında tamaşaçılarla birlikdə rəqs edərək əsl bayram ab-havası yaradıb. Onun əyləncəli şousu ətrafdakıların böyük marağına səbəb olub, toplaşanlar həmin anları mobil telefonları ilə lentə alaraq sosial şəbəkələrdə paylaşıblar.

Qısa zamanda yayılan görüntülər sosial mediada da geniş müzakirələrə səbəb olub.

Afaq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR