İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirzoyandan son dəqiqə açıqlaması: Azərbaycanla sülh...

934 28.01.2026 17:19 Gündəm A A

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan AŞPA-da çıxışı zamanı Azərbaycanla sülhün mümkün və real olduğunu bəyan edib.

Musavat.com xəbər verir ki, Mirzoyan İrəvanın Cənubi Qafqazda sabitliyin təmin olunması üçün şüurlu seçim etdiyini, bu istiqamətdə ardıcıl addımlar atıldığını vurğulayıb.

Nazir xatırladıb ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilən sülh sammitində tərəflər birgə bəyannamə imzalayıb, suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında sülh sazişi paraflanıb. Onun sözlərinə görə, əldə olunmuş razılaşmalar sülh prosesinin praktik mərhələyə keçdiyini göstərir.

Mirzoyan bildirib ki, sülh müqaviləsinin yaxın aylarda imzalanması və ratifikasiya edilməsi mümkündür. O, Ermənistanın regionda uzunmüddətli təhlükəsizlik və sabitlikdə maraqlı olduğunu, dialoqun davam etdiriləcəyini qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR