İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvayönümlü baş nazir siyasi mübarizədən çəkildi

942 13.11.2025 08:00 Siyasət A A

Monqolustanın Baş naziri Qomboyavin Zandanşatar hakim Monqolustan Xalq Partiyasının (MPP) sədrliyi uğrunda yarışdan çəkildiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, Baş nazir bu barədə sosial media səhifəsində məlumat paylaşıb: "Mən Monqolustan Xalq Partiyasının liderliyi uğrunda yarışdan çəkildiyimi elan edirəm, birinci yerə ölkənin maraqlarını qoyuram və partiya daxili məsələlərinin milli məsələyə çevrilməsinin qarşısını alıram. Ölkə iqtisadiyyatına və vətəndaşların həyatına təsir edən bir çox təcili məsələlər həllini gözləyir. Hökumət korrupsiya və mənimsəmə ilə mübarizəni davam etdirəcək, gəlirləri, əmək haqqını və pensiyaları artıracaq və bir çox digər təcili məsələləri həll etmək üçün daha səylə çalışacaq".

Yeni partiya rəhbərliyinin seçiləcəyi MPP qurultayı 15-16 noyabr 2025-ci il tarixlərində keçiriləcək. Daha əvvəl Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux parlamentin Qomboyavin Zandanşatarın baş nazir vəzifəsindən azad edilməsi qərarına veto qoyub, parlamentin bu addımının konstitusiyanı və qanunun aliliyini pozduğunu elan edib.

Qeyd edək ki, Rusiyanın İrkutsk Xalq Təsərrüfatı İnstitutunun məzunu olan Zandanşatar Moskvayönümlüdür. O, baş bazir vəzifəsinə bu ilin 17 iyulundan başlayıb. Hakim partiya daxilində ona qarşı böyük narazılıq var.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR