İnsanlara hürriyət, millətlərə istiqlal!

“Neftçi”nin oyunu ləğv olundu - SƏBƏB

1502 27.07.2025 20:33 İdman A A

“Neftçi”nin Polşadakı təlim-məşq toplanışı çərçivəsində bu gün keçirməli olduğu yoxlama görüşü ləğv olunub.

Musavat.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Ağ-qaralar” Yunanıstanın “Asteras Tripoli” klubu ilə qarşılaşmalı idi. Lakin güclü leysan səbəbindən matç baş tutmayıb.

Qeyd edək ki, Kieltse şəhərindəki Pilkarski stadionunda keçirilməli olan oyun Bakı vaxtı ilə saat 19:00-da start götürməli idi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR