Norveç Ukraynaya yeni yardım paketi çərçivəsində 500 milyon ABŞ dolları ayıracaq.
Musavat.com xəbər verir ki, bu barədə Norveçin xarici işlər naziri Espen Bart Eyde açıqlama verib.
Nazirin sözlərinə görə, vəsait PURL proqramı üzrə təqdim olunacaq və iki hissəyə bölünəcək:
— biri Almaniya və Polşa ilə birgə paket;
— digəri isə Almaniya və Niderlandla birgə maliyyələşdirilən paket olacaq.
Eyde bildirib ki, hazırkı mərhələ Ukraynaya dəstəyin gücləndirilməsi üçün ən uyğun vaxtdır və Norveç müttəfiqləri ilə birlikdə yardımın həcmini artırmağa davam edəcək.
Musavat.com






