İnsanlara hürriyət, millətlərə istiqlal!

Oğlundan Arif Babayevin vəziyyəti haqda AÇIQLAMA

1226 26.07.2025 17:36 Ölkə A A

Xalq artisti Arif Babayevin səhhətində əvvəlki günlərlə müqayisədə irəliləyiş müşahidə olunur.

Bu barədə “Qafqazinfo”ya xanəndənin oğlu Yaşar Babayev məlumat verib.

Onun sözlərinə görə, atasının vəziyyəti dövlət nəzarətindədir: 

“Düzdür, atam hələ də reanimasiyadadır, amma vəziyyəti yaxşılığa doğru gedir. Hər şey nəzarət altındadır. Dövlət tərəfindən daim diqqət göstərilir. Allah dövlətimizi güclü eləsin, sağ olsunlar, atamla mütəmadi maraqlanırlar”.

Qeyd edək ki, 87 yaşlı xanəndə iki gün əvvəl Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya – Mərkəzi Klinikaya təxliyə edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR