Məşhurlara qarşı aparılan narkotiklərlə bağlı istintaq çərçivəsində tanınmış aktyor Oktay Kaynarca mövzu ilə bağlı açıqlama verib.
Musavat.com xəbər verir ki, aktyor “Alnım açıq, başım dikdir” deyərək özünü müdafiə edib.
Oktay Kaynarca açıqlamanı media məsləhətçisi vasitəsilə yayıb. Bildirilib ki, Kaynarca “Bebek hoteli” ilə bağlı aparılan istintaq çərçivəsində ifadə vermək üçün prokurorluğa dəvət olunub.
Kaynarca açıqlamasında əlavə olaraq bildirib ki, məhkəmə-tibbi ekspertiza nəticələri tamamlandıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək. O, uzun illərdir narkotiklərlə mübarizə apardığını və bu istiqamətdə həyata keçirilən bütün qanuni əməliyyatları dəstəklədiyini qeyd edib.
Könül
Musavat.com






