İnsanlara hürriyət, millətlərə istiqlal!

"Oppenheymer" 7 "Oskar" aldı- FOTOLAR

1016 11.03.2024 09:40 Mədəniyyət A A

 

96-cı "Oskar" mükafatlandırma mərasimi başa çatıb.

Musavat.com "Guardian" a istinadən xəbər verir ki, əsas kateqoriyalar üzrə qaliblər müəyyənləşib: 

Rejissor Kristofer Nollanın epik bioqrafik triller janrında çəkilmiş “Oppenheymer” filmi  "Ən yaxşı film" nominasiyasında qalib olub. 

"Ən yaxşı aktrisa" Emma Stoun seçilib ("Bəxtsiz");

Killian Merfi" isə ilin "Ən yaxşı aktyor"udur.  (“Oppenhaymer”);

"Ən yaxşı mahnı" "Barbi" filmində səslənən "Mən nə üçün yaradılmışam?" seçilib. 

"Oppenhaymer" "Ən yaxşı musiqi" kateqoriyasında da qalib olub.

"Ən yaxşı ikinci plan aktyoru" Robert Dauni kiçik ("Oppenhaymer") seçilib. 

"Ən yaxşı xarici film" nominasiyasında Conatan Gleyzerin "Maraq zonası" filmi qalib gəlib. 

"Ən yaxşı uyğunlaşdırılmış ssenari" - "Amerika fantastikası" seçilib.

"Ən yaxşı orijinal ssenari"ndə qalib  "Düşmə Anatomiyası" (Anatomie d'une chute) olub.

"Ən yaxşı ikinci plan qadın rolu" nominasiyasında Davayn Joy Randolf ("The Leftovers") qalib seçilib.

"Ən yaxşı animasiya filmi" "Oğlan və quş" (Kimitachi wa Dou Ikiru ka) olub.

"Ən yaxşı sənədli film" kateqoriyasında "Mariupolda 20 gün" filmi Oskar qazanıb.

Digər nominasiyalara gəlincə:

"Ən yaxşı orijinal sauntrek" - Lüdviq Qoransson ("Oppenhaymer");

"Ən yaxşı vizual effektlər" - "Godzilla: Mənfi Bir";

"Ən yaxşı montaj" - Cennifer Leym ("Oppenhaymer");

"Ən yaxşı səs" - "Maraq zonası";

“Ən yaxşı makiyaj və saç düzümü” - “Kasıblar və bədbəxtlər”;

"Ən yaxşı kostyumlar" - Holli Uoddinqton (Kasıblar və bədbəxtlər);

"Ən yaxşı istehsal dizaynı" - Şauna Hit, Ceyms Prays ("Kasıblar və bədbəxtlər");

"Ən yaxşı qısametrajlı bədii film" - "Henri Şuqarın ecazkar hekayəsi";

"Ən yaxşı qısametrajlı animasiya filmi" - "Müharibə bitdi! Con və Yoko musiqisindən ilhamlanıb";

"Ən yaxşı qısametrajlı sənədli film" - "Son təmir sexi" 

Ümumilikdə, "Oppeheymer" filmi 7 nominasiyada qızıl heykəlcik qazanıb. 

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR