İnsanlara hürriyət, millətlərə istiqlal!

Osimhen üçün 50 milyon avroluq təklif

2247 17.06.2025 02:42 İdman A A

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu Nigeriya millisinin futbolçusu Viktor Osimhen üçün ödəmək istədiyi məbləğ bəlli olub.

Milli.Az xəbər verir ki, ərəblər İtaliyanın "Napoli" komandasının 26 yaşlı hücumçusuna illik 50 milyon avro maaş təklif etməyə hazırlaşır.

Bundan əvvəl Osimhen "Əl-Hilal"ın üç təklifini rədd edib.

Qeyd edək ki, Viktor Osimhen geridə qalan mövsümdə icarə əsasında Türkiyənin "Qalatasaray" klubunda çıxış edib. O, 41 oyunda iştirak edərək 37 qol vurub və 8 qolun ötürməsini edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR