İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbək futbolçu DÇ-2026-da rekorda imza atdı

1396 18.06.2026 21:43 İdman A A

Özbəkistan milli komandasının yarımmüdafiəçisi Abbosbek Fayzullayev XXI əsrdə dünya çempionatlarında başla qol vuran ən qısaboylu futbolçu kimi unikal rekorda imza ataraq adını tarixə yazdırıb.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, boyu cəmi 167 santimetr olan 22 yaşlı gənc istedad DÇ-2026-nın qrup mərhələsi çərçivəsində Kolumbiya ilə keçirilən gərgin qarşılaşmada (1:3) Özbəkistan yığmasının yeganə qolunun müəllifi olub.

Məhz bu dəqiq baş zərbəsi sayəsində yarımmüdafiəçi daha öncə uruqvaylı Corcian de Arraskaetaya (boyu 173 sm) məxsus olan əvvəlki rekordu yeniləyib.

Qeyd edək ki, Arraskaeta öz rekordunu DÇ-2022-də Qana yığmasının qapısına başla yol taparaq müəyyənləşdirmişdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR