İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistanın turizm şirkətlərinin Azərbaycana səfəri təşkil edilib

626 21.08.2025 16:25 İqtisadiyyat A A

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 16-22 avqust tarixlərində Pakistanın 10 aparıcı turizm şirkəti üçün ölkəmizə tanışlıq səfəri təşkil edilib.

Pakistanın beynəlxalq turizm sərgisini “Pakistan Travel Mart”la birgə təşkil olunan tanışlıq turu çərçivəsində iştirakçılara mədəni irs, təbiət, tarixi turizm üzrə müxtəlif turizm məhsulları tanıdılıb və turizm sənayesi nümayəndələri arasında B2B formatında görüşlər keçirilib.

50-yə yaxın yerli şirkətin iştirak etdiyi B2B görüşdə qarşılıqlı əməkdaşlıq imkanları və turist mübadiləsi üzrə müzakirələr aparılıb.

Hazırda Pakistanın Lahor və İslamabad şəhərlərindən Azərbaycana birbaşa uçuşlar həyata keçirilir. 2025-ci ilin yanvar-iyul aylarında 46 mindən çox Pakistan vətəndaşı gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16% artım deməkdir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR