İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan: "Təsəvvür edin ki, Azərbaycana gedirik"

1441 11.06.2026 14:40 Siyasət A A

Ermənistanın baş naziri Nikol Paşinyan dəmir yolları, avtomobil magistralları və elektrik ötürücü xətlərinin gələcək regional infrastrukturun əsas elementləri olacağını bəyan edib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, bu üç istiqamətin reallaşdırılması qaçılmazdır və regionda uzunmüddətli sülhün əsasını təşkil edir.

"Mən üç şeyin baş verəcəyini aydın şəkildə bilirəm: dəmir yolu, avtomobil yolu və elektrik xətləri. Mən bu üç şeyə 100% əminəm", - deyə baş nazir vurğulayıb.

Paşinyanın fikrincə, Ermənistanla Azərbaycan arasında insanların, nəqliyyat vasitələrinin və yüklərin sərbəst hərəkəti sülhün bərqərar olmasının praktiki sübutu olacaq.

"Təsəvvür edin, biz Azərbaycana gedib-gəlirik. Azərbaycanlılar Ermənistan ərazisindən keçərək hərəkət edir, qatarlar keçir - sülh elə budur", - deyə baş nazir bəyan edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR