Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən görüşlərə qatılmaq üçün yarımçıq kəsdiyi məzuniyyətini davam etdirmək qərarına gəlib.
Musavat.com xəbər verir ki, rəsmi məlumata görə, Paşinyan 12–15 avqust tarixlərini rəsmi məzuniyyət günü elan edib.
O, bu müddətdə dövlət idarəçiliyi ilə bağlı səlahiyyətlərini hökumət üzvlərinə həvalə edəcək.
Musavat.com






