İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın başı dərddə - Komandada ÇAT?

458 03.07.2026 13:16 Gündəm A A

Ermənistanın hakim siyasi komandasında və parlament rəhbərliyində gözlənilməz və ciddi kadr dəyişikliyi baş verib. Ermənistan parlamentinin indiki sədri Alen Simonyan deputatlıq mandatından rəsmən imtina etdiyini bəyan edib. Parlamentin spikeri bu sensasiyalı qərarını jurnalistlər üçün keçirdiyi brifinqdə şəxsən açıqlayıb.

Paşinyan: Bunun sayəsində “peraşki” yeyirəm

Simonyan mətbuatda gəzən şayiələrə aydınlıq gətirərək, bu addımının arxasında hər hansı bir siyasi münaqişənin dayanmadığını vurğulayıb: “Mən nə rəhbərlik etdiyim "Mülki müqavilə" partiyasından, nə də Baş nazir Nikol Paşinyandan inciməmişəm, heç bir incikliyim yoxdur. Sadəcə olaraq, uzun sürən gərgin iş qrafikindən sonra bir qədər dincəlmək, istirahət etmək və eyni zamanda öz şəxsi həyatımla məşğul olmaq istəyirəm”.

Spiker gələcək fəaliyyəti barədə danışarkən bildirib ki, özünün növbəti siyasi planlarını hələlik Nikol Paşinyanla geniş şəkildə müzakirə etməyib. Lakin buna baxmayaraq, Alen Simonyan özünü gələcəkdə də bu siyasi komandadan kənarda təsəvvür etmədiyini xüsusi olaraq qeyd edib. O halda deputat mandatından imtinaya nə ehtiyac? Bu da faktdır ki, son seçkilər kampaniyası zamanı Simonyan daim Paşinyanın yanında olub və təbliğat kampaniyasını birgə aparıblar.

Ռուբեն Ռուբինյանին շարունակում եմ համարել իմ ընկերը. Ալեն Սիմոնյան

Yada salaq ki, az öncə Alen Simonyanın hakim partiya tərəfindən yeni tərkibdə parlamentin sədri postuna irəli sürülməyəcəyi xəbəri yayılmışdı. Bu da ona etimad problemi ilə əlaqələndirilirdi. Təzə spiker Ruben Rubinyan olacaq.

Bu fakt hakim komanda rəhbərliyində çat olduğunu söyləməyə əsas verirmi?

Siyasi şərhçi Əli Orucov Musavat.com-a bildirib ki, bu hadisə ilk baxışdan hakim komandada ciddi parçalanma təsiri bağışlasa da, hazırkı məlumatlar əsasında Ermənistan hakimiyyətində açıq siyasi böhranın baş verdiyini söyləmək tezdir: “Bununla belə, Simonyanın həm parlament sədri, həm də deputat mandatından imtina etməsi adi kadr rotasiyası kimi də qiymətləndirilə bilməz. Simonyanın istefası formal olaraq şəxsi səbəblərlə izah edilsə də, Ermənistan siyasətində belə yüksək vəzifəni tutan şəxsin eyni vaxtda deputat mandatından da imtina etməsi diqqət çəkən hadisədir. Əgər məqsəd sadəcə parlament sədrliyindən ayrılmaq olsaydı, o, deputat kimi fəaliyyətini davam etdirə bilərdi. Bu baxımdan, qərarın arxasında fikir ayrılığı motivinin olması istisna edilmir”.

Əli Orucov: “Bizim hansı seçim edəcəyimizin Vodolatskiyə nə dəxli var?” -  Azərbaycan Milli İstiqlal Partiyası

Ekspert deyib ki, son aylarda Ermənistan hakimiyyətində kadr yenilənməsi tendensiyası müşahidə olunur: “Paşinyan komandasını qarşıdakı seçkilər və yeni siyasi mərhələ üçün yenidən formalaşdırmağa çalışır. Bu prosesdə cəmiyyət tərəfindən daha çox tənqid olunan və ya reytinqi aşağı düşən fiqurların arxa plana keçirilməsi ehtimalı yüksəkdir. Simonyan da son illərdə həm daxili siyasi polemikalarda, həm də xarici siyasətlə bağlı açıqlamalarına görə ən çox müzakirə olunan hakimiyyət nümayəndələrindən biri olub. Ruben Rubinyanın parlament sədri postuna gətiriləcəyi barədə məlumatlar təsdiqlənərsə, bu, Paşinyanın daha gənc və beynəlxalq əlaqələrdə təcrübəsi olan kadrlara üstünlük verməsi kimi də şərh oluna bilər. Rubinyan son illərdə Ermənistan–Azərbaycan danışıqlarında və parlament diplomatiyasında əsas fiqurlardan biri kimi çıxış edib”.

Siyasi şərhçinin fikrincə, Simonyanın mandatdan imtinasını hakim komandada çatın yaranmasının təsdiqi hesab etmək hələ tezdir: “Əgər yaxın günlərdə başqa yüksək vəzifəli şəxslərin də istefası baş versə, yaxud Simonyan hakimiyyətin siyasətini açıq şəkildə tənqid etməyə başlasa, o zaman çat səviyyəsində daxili fikir ayrılıqları barədə danışmaq mümkün olacaq. Hazırkı mərhələdə isə daha çox Paşinyanın komandada planlı yenilənmə və siyasi məsuliyyət bölgüsü apardığı ehtimalı üstün görünür”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR