İnsanlara hürriyət, millətlərə istiqlal!

“Past”: Ermənistanda cəmi 327 ruhani mövcuddur?

340 18.12.2025 10:20 Ölkə A A

“Past” qəzetinin sorğusuna cavab olaraq Üçmüədzin kilsəsindən bildirilib ki, hazırda Erməni Apostol Kilsəsində 615 ruhani var.

Bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşrin məlumatına görə, onlardan 327-si Ermənistanda, 288-i isə diasporda fəaliyyət göstərir.

“Bu, həqiqətən də diqqətəlayiq məlumatdır. Məsələ ondadır ki, hakim “Vətəndaş Müqaviləsi”nin təbliğatı sanki minlərlə ruhani varmış kimi təəssürat yaratmağa çalışır, guya onların hansısa naməlum gəlirləri, qeyri-müəyyən və ya şəffaf olmayan maliyyələşməsi var və sair. Halbuki məlum olur ki, məhz Ermənistanda cəmi 327 ruhani mövcuddur”, - deyə nəşr bildirib.

KİV vurğulayıb ki, maliyyə şəffaflığı və ya şəffaf olmaması ilə bağlı Paşinyanın və onun tərəfdarlarının bəyanatları açıq-aşkar böhtandır və bu barədə Üçmüədzin kilsəsi dəfələrlə açıqlama verib.

“Amma bu, başqa mövzudur. Burada daha az əhəmiyyətli olmayan başqa məqamlar var. Əvvəla, ortaya çıxır ki, katolikosun istefasını erməni xalqının çox cüzi bir azlığı tələb edir: Nikol Paşinyan və onun “Vətəndaş Müqaviləsi” üzvləri (həm də açıq şəkildə hamısı yox), eləcə də 615 ruhani içindən cəmi 10-u və ya “ən pis halda” 20-si, yəni Paşinyan və hakim partiyanın anti-kilsə “qılıncı”nın altına keçənlər. Yəni təxminən 5 faiz. Deməli, nə “Vətəndaş Müqaviləsi” rəhbərliyi ilə birlikdə, nə də həmin 10-20 nəfərin hər hansı tələb irəli sürməyə haqqı yoxdur. Qalan 90-95 faiz isə tamam başqa tələblər irəli sürür: birincisi, kilsədən əllərini çəksinlər, ikincisi isə əgər kimsə istefa verməlidirsə, o da Nikol Paşinyandır”, - deyə məqalədə qeyd edilib.

Müəllifin sözlərinə görə, digər tərəfdən, eyni dərəcədə aydındır ki, Paşinyanın mübarizəsi nə həmin 327, nə də 615 ruhaninin özü ilə deyil.

“Hətta katolikosla da deyil. Onun mübarizəsi birbaşa kilsənin özünə qarşıdır. Bu da açıq-aydındır. Paşinyanın təşviq etdiyi yürüşün məqsədi kilsəyə zərər vurmaqdır, onun qarşısında kilsəni dağıtmaq vəzifəsi dayanır. Paşinyanın başçılıq etdiyi kampaniya kilsənin nüfuzu və təsirinə qarşı yönəlib. Məqsəd var və o, erməni xalqının və ruhani təbəqənin böyük əksəriyyətinin rəyini heçə sayaraq bunu ardıcıl şəkildə həyata keçirir.

Yeri gəlmişkən, maliyyə məsələsi barədə. Paşinyanın yaxın silahdaşları dəfələrlə kilsə ilə biznes dairələrini vergilərin ödənilməsi baxımından əsassız şəkildə müqayisə ediblər. Amma görünür ki, bu məsələdə də Paşinyan hakimiyyəti və onun təbliğatçıları manipulyasiyalara əl atırlar. Məlum olur ki, Erməni Apostol Kilsəsi təkcə qanuni vergi ödəyicisi deyil, həm də iri vergi ödəyiciləri siyahısında yer alır və bu, illərdir belədir. Məsələn, 2024-cü ilin məlumatlarına görə, Erməni Apostol Kilsəsi dövlət büdcəsinə 630 milyon dram vergi ödəyib və 1000 iri vergi ödəyicisi siyahısında 529-cu yerdə olub. Cari ilin ilk doqquz ayı ərzində isə Erməni Apostol Kilsəsi artıq 525 milyon dram vergi ödəyib. Yəni açıq-aydındır ki, hakimiyyət nümayəndələrinin kilsənin maliyyə şəffaflığına malik olmaması barədə səsləndirdikləri ittihamlar təkcə yalan deyil, həm də onlar qəsdən sadəlövh insanları çaşdırırlar. Onlar özləri də çox yaxşı bilirlər ki, Erməni Apostol Kilsəsi vergiləri ödəyir, cəmi 327 ruhanisi olan kilsə ildə 600 milyon dramdan çox vergi verir, amma buna baxmayaraq, ictimaiyyət qarşısında əsassız bəyanatlar verirlər.

Bu da onu göstərir ki, kilsəyə, onun sarsılmaz təsirinə və nüfuzuna qarşı mübarizədə istənilən vasitə, istənilən metod tətbiq olunur. Bunun kimə sərfəli olduğu isə, düşünürük ki, sirr deyil...

P.S. Material çap üçün hazır idi ki, Paşinyana yaxın on “ruhani”nin yeni bəyanatı yayıldı. Həmin bəyanatda bu gün katolikosun istefası tələbi ilə Üçmüədzin kilsəsinin qarşısında toplaşmağa çağırış edilir. Çoxları artıq ötən gün qeyd edirdi ki, Nikol Paşinyan insanları toqquşmalara aparır ki, “ruhu ucaltsın”, - deyə nəşr bildirib.**Ordu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR